Məxfilik siyasəti
Son yenilənmə: 2026-09-24
Duro ("tətbiq", "biz") Azərbaycanda otel, günlük ev və qonaq evi elanlarını xəritə üzərində göstərən bir platformadır. Bu sənəd hansı məlumatları topladığımızı və necə istifadə etdiyimizi izah edir.
Topladığımız məlumatlar
Mövqe (geolocation)
Xəritəni sənin ətrafına mərkəzləşdirmək üçün brauzerdən mövqe icazəsi istəyirik. Bu məlumat yalnız cihazında istifadə olunur, serverlərimizdə saxlanılmır. İcazə verməsən, xəritə Bakı mərkəzinə default olaraq açılır.
Əlaqə sorğusu göndərəndə
Adını, telefon nömrəni və (qeyd etsən) tarixləri toplayırıq ki, sorğunu müvafiq obyektin sahibinə çatdıraq. Bu məlumat həmin obyektin sahibinə göstərilir.
Obyekt sahibi kimi daxil olanda
Telefon nömrəni SMS kodu ilə (Firebase Phone Authentication) təsdiqləyirik ki, yalnız öz elanını idarə edə biləsən. Nömrə bu məqsəddən başqa yerdə istifadə olunmur.
İstifadə statistikası
Hansı elanlara baxıldığını, "Zəng et"/"WhatsApp" düymələrinin nə qədər kliklindiyini qeyd edirik — bu, obyekt sahibinə performans statistikası göstərmək üçündür. Bu məlumat şəxsi hesabınla əlaqələndirilmir (anonim sayılır).
Hesab yaradanda (mobil tətbiq)
Favorilər və rəy yazmaq kimi funksiyalardan istifadə etmək üçün hesab yaratmaq lazımdır — email və şifrə ilə, və ya Google hesabınla daxil olaraq. Bu halda adını, email ünvanını və hesabın yaradılma tarixini saxlayırıq. Şifrəni özümüz görmürük/saxlamırıq — bunu Firebase Authentication təhlükəsiz idarə edir.
Favorilər
Hesabınla bəyəndiyin elanları "favoritlərə" əlavə etsən, bu siyahı hesabınla bağlı saxlanılır ki, başqa cihazdan girəndə də görə biləsən.
Rəy yazanda
Yazdığın rəy mətnini, ulduz reytinqini və adını saxlayırıq — bunlar elanın profilində hər kəsə açıq göstərilir (necə ki, bir rəy adətən açıq olur).
Məlumatların istifadəsi
Topladığımız məlumatları yalnız aşağıdakılar üçün istifadə edirik: xəritə/axtarış funksiyasını işlətmək, əlaqə sorğularını uyğun obyektə çatdırmaq, hesabını/favorilərini/ rəylərini idarə etmək, obyekt sahiblərinə statistika göstərmək və tətbiqi təhlükəsiz saxlamaq. Məlumatları satmırıq və reklam şirkətlərinə ötürmürük.
Üçüncü tərəf xidmətləri
Tətbiq aşağıdakı xidmətlərdən istifadə edir:
- Firebase / Google Cloud — verilənlər bazası, hosting, hesab girişi (email/şifrə, Google Sign-In) və telefon autentifikasiyası üçün (Google Məxfilik Siyasəti)
- OpenStreetMap — xəritə göstərmək üçün (yer/marker sorğuları OpenStreetMap serverlərinə gedir)
Məlumat saxlama
Əlaqə sorğuları və statistika məlumatları hesabatlar üçün lazımi müddət ərzində saxlanılır. Hesab məlumatların (ad, email, favorilər, rəylər) hesabını silənə qədər saxlanılır. Silinməsini istəyirsənsə, aşağıdakı əlaqə vasitəsilə bizə yaz.
Hüquqların
Sənə aid hər hansı məlumatın nə olduğunu soruşmaq, düzəltmək və ya silinməsini tələb etmək hüququn var. Bunun üçün aşağıdakı əlaqə vasitəsilə bizə müraciət et.
Uşaqların məxfiliyi
Tətbiq 16 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və onlardan bilərəkdən məlumat toplamırıq.
Dəyişikliklər
Bu siyasəti vaxtaşırı yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər bu səhifədə "Son yenilənmə" tarixi ilə göstəriləcək.
Əlaqə
Sualların üçün: isa.huseynov.98@gmail.com